Pezeşkian müharibənin dayandırılması şərtini açıqlayıb | VİDEO

   Pezeşkian müharibənin dayandırılması şərtini açıqlayıb     | VİDEO
  20 İyun 2025    Oxunub:696
Atəşkəs və İsrailin təcavüzün təkrarlanmayacağına dair zəmanəti münaqişənin sona çatması üçün yeganə şərtdir.
AzVision.az Rusiyanın “TASS” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian belə deyib.

“Hazırkı şəraitdə bizə sırınan müharibəyə son qoymağın yeganə yolu düşmənin təcavüzünə qeyd-şərtsiz son qoyulması və sionist terrorçuların macəralarına birdəfəlik son qoyulması ilə bağlı dəmir zəmanətlərdir”, - İran prezidenti vurğulayıb.

Bundan əvvəl İranın Xarici İşlər naziri Abbas Əraqçi İslam Respublikasının iyunun 20-də Cenevrədə üç Avropa ölkəsi ilə danışıqlar aparacağı xəbərini təsdiqləyib.

Xatırladaq ki, iyunun 13-ə keçən gecə İsrailin İranın hərbi obyektlərinə və Silahlı qüvvəllərinin rəhbərlərinə raket və dron hücumlarından sonra iki ölkənin bir-birinin ərazilərinə endirdiyi zərbələr hələ də dayanmır.

Bu zərbələr nəticəsində artıq yüzlərlə insan həlak olub, minlərlə adam isə yaralanıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Pezeşkian   sülh   şərt  



Xəbər lenti